"Neftçi" İsrail millisinin sabiq futbolçusu ilə maraqlanır

"Neftçi" İsrail millisinin sabiq futbolçusu ilə maraqlanır

"Neftçi" İsrailin "Aşdod" klubu ilə müqaviləsi başa çatan Ataa Caberlə maraqlanır.

"Olimpnews"un məlumatına görə, 28 yaşlı futbolçu agentlər vasitəsilə "ağ-qaralar"a təklif olunub.

Təcrübəli yarımmüdafiəçinin məsələsinə Bakı klubunun yeni baş məşqçisi bəlli olduqdan sonra aydınlıq gələcək.

Qeyd edək ki, "Aşdod"un heyətində 30 oyuna 2 qol vuran Ataa Caber daha əvvəl Hayfa "Makkabi"si və "Bney-Saxnin" klubunda da çıxış edib. O, 2015 - 2017-ci illərdə İsrailin U-21 yığmasının da formasını geyinib.