Kişi voleybolçularımız İslamiadaya qələbə ilə başladılar - FOTO

Kişi voleybolçularımız İslamiadaya qələbə ilə başladılar - FOTO

Kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası V İslam Həmrəyliyi Oyunlarında ilk matçına çıxıb. A qrupunda yer alan Pərviz Səmədovun baş məşqçisi olduğu komandamız ilk matçda Sudanla üz-üzə gəlib. Görüş komandamızın 3:0 hesablı qələbəsi ilə başa çatıb. İlk setdə 25:13 hesabı ilə qalib gələn voleybolçularımız ikinci hissəni 25:20 hesabı ilə aktivinə yazıb. Üçüncü set isə 25:22 hesabı ilə komandamızın xeyrinə başa çatıb.

Qeyd edək ki, millimizin yer aldığı A qrupunda Sudandan əlavə, Kamerun və Mərakeş yığmaları mübarizə aparır. Komandamızın növbəti matçı avqustun 11-də Kameruna qarşı olacaq. Görüş Bakı vaxtı ilə 20:00-da başlayacaq.

Kişi voleybolçularımız İslamiadaya qələbə ilə başladılar - FOTO Kişi voleybolçularımız İslamiadaya qələbə ilə başladılar - FOTO Kişi voleybolçularımız İslamiadaya qələbə ilə başladılar - FOTO Kişi voleybolçularımız İslamiadaya qələbə ilə başladılar - FOTO Kişi voleybolçularımız İslamiadaya qələbə ilə başladılar - FOTO Kişi voleybolçularımız İslamiadaya qələbə ilə başladılar - FOTO Kişi voleybolçularımız İslamiadaya qələbə ilə başladılar - FOTO Kişi voleybolçularımız İslamiadaya qələbə ilə başladılar - FOTO Kişi voleybolçularımız İslamiadaya qələbə ilə başladılar - FOTO