Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunları davam edir. Oyunlarda oştirak edən Azərbaycan idmançıları artıq 3-cü medalını qazanıb. Bu dəfə mükafatçılar sırasında atletikanın üçtəkanla tullanma yarışlarında mübarizə aparan idmançımız Aleksis Kopello yer alıb. Təmsilçimiz Oyunları gümüş medalla başa vurub. Bununla da komandamızın qazandığı medalların sayı 3-ə çatıb. Xatırladaq ki, buna qədər atletimiz Anna Skidan çəkicatma yarışlarında qızıl, taekvondoçumuz Qaşım Maqomedov (58 kq) isə bürünc medala sahib çıxmışdı. 
 
Atletimiz Konya-2021-də gümüş medala layiq görüldü - FOTO
 
             
                                     
                                     
                             
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
         
                         
                         
                         
                         
                         
                         
                         
                        


 
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                        