Federasiya prezidenti milli komandalarla görüşüb
BOK
10.08.2022, 12:29
Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti Sahil Babayev kişi və qadın boksçulardan ibarət milli komandaların üzvləri və məşqçilər korpusu ilə görüşüb. Görüşdə yığmaların hazırkı durumu, gələcək planları və hədəfləri barədə fikir mübadiləsi aparılıb, yüksək nailiyyətlərin əldə olunması yolları müzakirə edilib. Ölkəmizdə idmana, xüsusilə də boksa göstərilən dövlət qayğısından, bu sahədə həyata keçirilən yeniliklərdən, həmçinin maddi-texniki bazanın gücləndirilməsindən danışan federasiya rəhbəri bildirib ki, hər bir idmançıya federasiya tərəfindən lazımi dəstək göstəriləcək.
S.Babayev müxtəlif yaş kateqoriyaları üzrə yığmaların son 5 yarışda 27 medal qazandığını, onlardan 11-nin qızıl medal olduğunu diqqətə çatdırıb. O, bu il keçiriləcək Azərbaycan çempionatına titulundan asılı olmayaraq hər bir boksçunun qatılacağını və bundan sonra əsas heyətin formalaşacağını da qeyd edib. Əsas hədəfin Paris-2024 Yay Olimpiya Oyunlarında yüksək nailiyyətlər əldə etmək olduğunu bildirib.
ABF prezidenti boksçuların döyüş təcrübələrinin artması üçün daha çox turnirlərə qatılmaları və təlim-məşq toplanışlarının sayının artırılması ilə bağlı da tapşırıqlarını verib.
Daha sonra yığmaların baş məşqçilərinin hesabatları dinlənilib. Kişilərdən ibarət millinin əsas çalışdırıcısı Pedro Roke yığmada heyətin böyük əksəriyyətini gənclərin təşkil etməsini böyük perspektiv kimi dəyərləndirib. Kubalı mütəxəssis olimpiya təsnifat turnirlərinin oktyabrdan sonra dəqiqləşəcəyi üçün həmin vaxtdan yarışların təqviminə uyğun proqramla işləyəcəklərini qeyd edib. O millimizin ABŞ və Qazaxıstanda beynəlxalq turnirlərdə ən güclü heyətlə təmsil olunacağını da söyləyib.
Qadınlardan ibarət millinin baş məşqçisi Yadigar Məmmədov əsas komandanın daha güclü olması üçün yeniyetmə və gənclərdən ibarət yığmalara xüsusi diqqət ayrıldığını deyib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Rəşid Məmmədəliyev: "Güc cəhətdən heç kimdən geridə qalmıram"
06.10.2026, 21:23 Cüdo
-
Cüdoçumuz dünya çempionatında bürünc medal qazandı
06.10.2026, 18:49 Olimpizm xəbərləri
-
Dünya çempionatı: Cüdoçumuz bürünc medal uğrunda görüşə çıxacaq
06.10.2026, 14:44 Cüdo
-
Olimpiya çempionumuz dünya çempionatına qələbə ilə başladı
06.10.2026, 11:12 Cüdo
-
Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının 2027-ci il üçün keçirilmə tarixləri müəyyənləşib
06.10.2026, 10:41 Velosiped
-
"Neftçi" FIBA Avropa Kubokunda mübarizəyə başlayır
06.10.2026, 10:05 Basketbol
-
Olimpiya çempionumuz dünya çempionatında mübarizəyə başlayır
06.10.2026, 10:00 Cüdo
-
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib
05.10.2026, 18:49 Gündəm
-
MOK-da Belarus Milli Olimpiya Komitəsinin prezidenti ilə görüş keçirilib
05.10.2026, 15:33 MOK
-
Bakıda keçiriləcək FIFA U-15 dünya çempionatına hazırlıq işləri yekunlaşır
05.10.2026, 14:45 Futbol
-
Dünya çempionatı: Cüdoçularımız ikinci yarış gününü medalsız başa vurublar
05.10.2026, 14:25 Cüdo
-
Dünya çempionatı: Cüdoçumuz təsəlliverici görüşdə mübarizə aparacaq
05.10.2026, 13:55 Cüdo
-
Brisben-2032 Oyunlarının rəsmi loqoları təqdim olunub
05.10.2026, 13:26 Olimpizm xəbərləri
-
Dünya çempionatı: Qadın cüdoçumuz 1/4 finalda
05.10.2026, 13:12 Cüdo
-
Karateçimiz Avstriyada qızıl medal qazandı
05.10.2026, 13:06 Olimpiya dünyası
-
Dünya çempionatı: İki cüdoçumuz növbəti mərhələyə vəsiqə qazandı
05.10.2026, 12:19 Cüdo
-
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə 120-dən çox ölkədən azarkeş gəlib
05.10.2026, 12:09 Formula 1
-
Daha 3 boksçumuz U-17 Avropa çempionatında növbəti mərhələsində
05.10.2026, 11:12 Boks
-
AZSİF-in idmançıları Mersində keçirilən beynəlxalq surfkastinq turnirində birinci olublar
05.10.2026, 10:45 Su idman növləri
-
III Beynəlxalq Xankəndi Ultramarafonunda beş ölkədən 100 atletin iştirakı gözlənilir
05.10.2026, 10:33 Gündəm
-
Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib
05.10.2026, 10:04 Şahmat
-
Bu gün daha dörd cüdoçumuz dünya çempionatında mübarizəyə başlayır
05.10.2026, 09:38 Cüdo
-
Əhməd Yusifov: "Ölkənin 4-cü dünya çempionu kimi tarixə düşmək sözlə izah edə bilməyəcəyim bir xoşbəxtlikdir"
04.10.2026, 20:35 Cüdo
-
Cüdoçumuz Bakıda dünya çempionu oldu
04.10.2026, 18:57 Gündəm
-
Dünya çempionatı: Əhməd Yusifov qızıl medalın bir addımlığında
04.10.2026, 15:50 Cüdo
-
Cüdoçumuz dünya çempionatının yarımfinalına vəsiqə qazandı
04.10.2026, 15:36 Cüdo
-
Üç cüdoçumuz dünya çempionatında mübarizəni dayandırdı
04.10.2026, 14:55 Cüdo
-
Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə başlayır
04.10.2026, 09:56 Cüdo
-
"Fənərbağça" yoldaşlıq oyununda "Turan Tovuz"a qalib gəlib
03.10.2026, 22:06 Futbol
-
Dünya Kubokunun Bakı mərhələsi yekunlaşdı
03.10.2026, 21:53 Gündəm
-
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
03.10.2026, 19:10 Cüdo
-
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
03.10.2026, 11:05 Gündəm
-
Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
02.10.2026, 14:45 Su idman növləri
-
Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq
02.10.2026, 13:47 Gimnastika