Konya-2021: Voleybol millimiz yarımfinalda məğlub oldu

Konya-2021: Voleybol millimiz yarımfinalda məğlub oldu

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında yarımfinal oyununa çıxıb. Yığma komandamız İran millisi ilə qarşılaşıb. Görüş Azərbaycan komandasının 0:3 (17:25, 20:25, 11:25) hesablı məğlubiyyəti ilə başa çatıb.