Sablya üzrə millimiz Konya-2021-in qalibi oldu 

Sablya üzrə millimiz Konya-2021-in qalibi oldu 

Sablya üzrə qadınlardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında final görüşünü keçirib. Yığmamız qızıl medal uğrunda qarşılaşmada Özbəkistan seçməsi ilə qarşılaşıb. Rəqibinə 45:34 hesabı ilə qalib gələn Azərbaycan İslamiadanın qalibi olub.