Voleybol millimiz Mariborda Sloveniyaya məğlub oldu

Voleybol millimiz Mariborda Sloveniyaya məğlub oldu

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.
Komandamız Sloveniyanın Maribor şəhərində yerli komandanın qonağı olub Sentyabrın 3-də Bakıda keçirilən görüşdə olduğu kimi, bu oyunda da Sloveniya millisi 3:1 hesabı ilə qələbə qazanıb. 
Hazırda Sloveniya yığması 14 xalla qrupda birinci pillədə qərarlaşıb. Azərbaycan isə 9 xalla ikinci pillədə yer alır. 
Sloveniya artıq Avropa çempionatına vəsiqəni təmin edib. Azərbaycan millisi isə qrup ikincisi kimi mərhələ adlamaq şansını saxlayır.