Voleybol millimiz Avropa çempionatının final mərhələsində 

Voleybol millimiz Avropa çempionatının final mərhələsində 

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sonuncu oyununu keçirib. Eldar Yusubovun rəhbərlik etdiyi millimiz mübarizə apardığı D qrupunun son matçında Avstriya yığması ilə qarşılaşıb. Komandamız səfərdə rəqibini  3:1 hesabı ilə məğlub edib. Qadın voleybolçulardan ibarət millimiz bu qələbə ilə Avropa çempionatının final mərhələsinə yüksəlib. Bununla da millimiz ardıcıl 10-cu dəfə Avropa çempionatında oynamaq hüququna yiyələnib. Bu ənənəni Avro-2005-də başlayan komandamız iki dəfə turnirin yarımfinalçısı olaraq 4-cü yeri tutub. 
Bu dəfə voleybolçularımız 4 ölkədə təşkil olunan Avro-2023-ə yüksəlib. Yarışın final mərhələsi Belçika, İtaliya, Estoniya və Almaniyada keçiriləcək.
Qeyd edək ki, millimizin yer aldığı D qrupunda 1-ci yeri Sloveniya millisi tutub. Azərbaycan qrup ikincisi kimi mərhələ adlayıb.
 

Voleybol millimiz Avropa çempionatının final mərhələsində  Voleybol millimiz Avropa çempionatının final mərhələsində  Voleybol millimiz Avropa çempionatının final mərhələsində  Voleybol millimiz Avropa çempionatının final mərhələsində