Millətlər Liqası: Ukrayna millisi Şotlandiya ilə üz-üzə gələcək 

Millətlər Liqası: Ukrayna millisi Şotlandiya ilə üz-üzə gələcək 

Bu gün UEFA Millətlər Liqasının C Divizionunda Şotlandiya və Ukrayna milli komandaları arasında I qrupun ilk turundan təxirə salınmış oyun keçiriləcək. Qlazqo şəhərindəki "Hempden Park" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Matçı italiyalı FIFA referisi Mauritsio Mariani idarə edəcək.
Hazırda Ukrayna yığması 3 oyundan 7 xalla qrupa başçılıq edir. 6 xalı olan Şotlandiya seçməsi isə 2-ci pillədə qərarlaşıb.