“Murov” klubu Çağırış kubokuna Polşada hazırlaşacaq

“Murov” klubu Çağırış kubokuna Polşada hazırlaşacaq

Kişi voleybolçulardan ibarət “Murov” klubu Polşada təlim-məşq toplanışında iştirak edir. 2022/2023-cü illər mövsümündə Azərbaycanı Çağırış kuboku yarışında təmsil edəcək Fərid Cəlalovun rəhbərlik etdiyi komandamızın hazırlıq prosesi oktyabrın 12-dək davam edəcək. Kialnarova şəhərində keçirilən hazırlıq prosesində “Murov”un yerli klublarla bir neçə yoxlama matçı da planlaşdırılır.
Qeyd edək ki, “Murov” klubu Çağırış kuboku yarışının 1/32 final mərhələsində Xorvatiyanın “KitroVarazdin” komandası ilə üz-üzə gələcək. Hər iki oyun Bakıda keçiriləcək. Oktyabrın 19-dakı qarşılaşmada rəqib, ertəsi gün Azərbaycan təmsilçisi meydan sahibi sayılacaq. Hər iki matç saat 18:00-da başlayacaq.