AVF-nin vitse-prezidenti CEV Məşqçilər Konvensiyasında iştirak etmiş məşqçi-müəllimlərlə görüşüb

AVF-nin vitse-prezidenti CEV Məşqçilər Konvensiyasında iştirak etmiş məşqçi-müəllimlərlə görüşüb

Avropa Voleybol Konfederasiyası (CEV) İdarə Heyətinin üzvü, Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Cəlil Cəfərov Şimali Makedoniyanın paytaxtı Skopyedə CEV Məşqçilər Konvensiyasında iştirak etmiş azərbaycanlı məşqçi-müəllimlərlə görüşüb.
Görüş zamanı məşqçilər seminar barədə məlumat veriblər. Onlar bu cür dərsləri özləri üçün böyük təcrübə kimi qiymətləndirib, bundan ölkə voleybolunun fayda görəcəyini vurğulayıblar.
Sonda C.Cəfərov konvensiyada iştirak edən məşqçilərimizə CEV Məşqçilər Konvensiyasının sertifikatlarını təqdim edib və onlara uğurlar arzulayıb. Federasiya rəsmisi qeyd edib ki, məşqçilərimiz bu cür beynəlxalq seminarlarda tez-tez iştirak etməli, öz təcrübələrini artırmalıdırlar.