Çağırış kuboku: “Murov”dan inamlı qələbə

Çağırış kuboku: “Murov”dan inamlı qələbə

Kişi voleybolçulardan ibarət "Murov" klubu Çağırış kuboku yarışında mübarizəyə başlayıb. Fərid Cəlalovun baş məşqçi olduğu komanda 1/32 final mərhələsində Xorvatiyanın "Kitro Varazdin" kollektivi ilə üz-üzə gəlib.
Azərbaycan Voleybol Mərkəzində keçirilən qarşılaşma “Murov”un 3:0 (25:19, 25:18, 25:20) hesablı qələbəsi ilə başa çatıb. Görüşdə Xorvatiya təmsilçisi nominal meydan sahibi olub.
Cavab görüşü oktyabrın 20-də baş tutacaq.