Tomas Bax: «Beynəlxalq idman sistemi təhlükə altında idi»

Tomas Bax: «Beynəlxalq idman sistemi təhlükə altında idi»

"Rusiya və Belarusa qarşı sanksiyalar davam etməlidir". Bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax Milli Olimpiya Komitələri Assosiasiyasının (ANOC) Baş Assambleyasının iclasında deyib. 69 yaşlı funksioner yarışların bütövlüyünü təmin etməli və muxtariyyətlərini qorumalı olduqlarını bildirib: "Rusiya və Belarus idmançılarını və onların nümayəndələrini turnirlərə buraxmamağı tövsiyə edirik. Hökumətlər idman federasiyalarına müdaxilə etməyə başlayanda bunu etməli olduq. Beynəlxalq idman sistemi təhlükə altında idi".