“Murov” Avstriya klubu ilə qarşılaşacaq

“Murov” Avstriya klubu ilə qarşılaşacaq

“Çelenc kuboku”nda mübarizə aparan Azəbaycanın kişi voleybolçulardan ibarət “Murov” klubu 1/16 final mərhələsində Avstriyanın "Holding Graz” komandası ilə qarşılaşacaq. Qarşılıqlı razılıq əsasında hər iki oyun Bakıdakı Voleybol Mərkəzində keçirəcək. Noyabrın 8-də saat 19:00-da rəqib, ertəsi gün isə saat 18:00-da təmsilçimiz meydan sahibi qismində çıxış edəcək.