“Murov” bu gün Çağırış kuboku yarışında növbəti oyununu keçirəcək

“Murov” bu gün Çağırış kuboku yarışında növbəti oyununu keçirəcək

Kişi voleybolçulardan ibarət “Murov” komandası bu gün Çağırış kuboku yarışında növbəti oyununu keçirəcək. Komandamız 1/16 final mərhələsində Avstriyanın “Qrats” klubu ilə üz-üzə gələcək. Bakı Voleybol Mərkəzində təşkil olunacaq oyuna saat 19:00-da start veriləcək. Qarşılıqlı razılığa əsasən, hər iki oyun Bakı Voleybol Mərkəzində təşkil olunacaq. İlk görüşdə meydan sahibi Avstriya təmsilçisi olacaq. Ertəsi gün baş tutacaq cavab qarşılaşmasında “Murov” rəqibini qəbul edəcək. “Murov” 1/32 final mərhələsində Xorvatiyanın “Kitro Varazdin” klubu ilə iki dəfə Bakıda qarşılaşıb. Azərbaycan çempionu bu oyunlarda 3:0 və 3:1 hesabı ilə qalib gəlib.