Çağırış kuboku: “Murov” Avstriya təmsilçisinə qalib gəldi

Çağırış kuboku: “Murov” Avstriya təmsilçisinə qalib gəldi

Kişi voleybolçulardan ibarət “Murov” komandası bu gün Çağırış kuboku yarışında növbəti oyununu keçirib. Komandamız 1/16 final mərhələsi çərçivəsində ndə Avstriyanın “Qrats” klubu ilə qarşılaşıb. Bakı Voleybol Mərkəzində təşkil olunan oyun “Murov” komandasının -0:3 hesablı qələbəsi ilə başa çatıb. İlk iki seti 13:25, 18:25 hesablı qələbə ilə aktivinə yazan təmsilçimiz, sonuncu setdə də üstünlüyü əldən verməyib -23:25. Komandamız sabah Avstriya təmsilçisi ilə cavab oyununa çıxacaq. Qarşılıqlı razılığa əsasən, sabahkı oyun da Bakı Voleybol Mərkəzində təşkil olunacaq.

Qeyd edək ki, “Murov” 1/32 final mərhələsində Xorvatiyanın “Kitro Varazdin” klubu ilə iki dəfə Bakıda qarşılaşıb. Azərbaycan çempionu bu oyunlarda 3:0 və 3:1 hesabı ilə qalib gəlib.