Paracüdo üzrə dünya çempionatının açılış mərasimi keçirildi

Paracüdo üzrə dünya çempionatının açılış mərasimi keçirildi

Bu gün Bakıda paracüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib. Heydər Əliyev adına İdman Arenasında təşkil olunan yarışın açılış mərasimində “Şuşam” Kamera Xorunun ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin rəqs qrupu maraqlı rəqs proqramı ilə çıxış edib.
Daha sonra dünya çempionatına həsr olunmuş videoçarxlar nümayiş olunub və mötəbər yarış açıq elan olunub.
Dünya çempionatında 41 ölkədən 250-dək idmançı medallar uğrunda mübarizə aparır. “Paris-2024” Yay Paralimpiya Oyunlarına lisenziya xalı verən yarışda ölkəmizi 13 paracüdoçu təmsil edir.