“Murov” bu gün Çağırış kubokunda növbəti oyununa çıxacaq 

“Murov” bu gün Çağırış kubokunda növbəti oyununa çıxacaq 

Bu gün kişi voleybolçulardan ibarət “Murov” komandası Çağırış kubokunda Avstriyanın "Holding Graz” klubuna qarşı ikinci oyununu keçirəcək. 1/16 final mərhələsin cavab görüşü çərçivəsində keçiriləcək oyun qarşılıqlı razılığa əsasən, Bakı Voleybol Mərkəzində baş tutacaq. Saat 18:00-da başlayacaq görüşdə “Murov” komandası meydan sahibi qismində çıxış edəcək. 
Qeyd edək ki, bu komandalar arasında keçirilən ilk oyun “Murov”un 0:3 hesablı qələbəsi ilə başa çatıb.