“Murov” Çağırış kubokunda 1/8 finala vəsiqə qazandı

“Murov” Çağırış kubokunda 1/8 finala vəsiqə qazandı

Bu gün kişi voleybolçulardan ibarət “Murov” komandası Çağırış kuboku çərçivəsində Avstriyanın "Holding Graz” klubu ilə cavab oyununa çıxıb.  Bakı Voleybol Mərkəzində keçirilən 1/16 final mərhələsinin cavab görüşü komandamızın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk setdə 25:13 hesabı ilə qalib gələn “Murov” ikinci setdə də üstünlüyü əldən verməyib -25:12. Üçüncü setdə rəqibin güclü müqvolavimətinə baxmayaraq komandamız 25:23 hesabı ilə qələbə qazanıb. Beləliklə, “Murov” klubu iki oyunun nəticəsinə görə, 1/8 finala yüksəlib.  

Qeyd edək ki, bu komandalar arasında keçirilən ilk oyun “Murov”un 0:3 hesablı qələbəsi ilə başa çatıb.