Paris-2024-ün maskotu təqdim olundu

Paris-2024-ün maskotu təqdim olundu

2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarının maskotu təqdim olunub. Hər iki yarışın maskotu Frigiya papaqlarıdır. Bu, Şərqi Avropa və Kiçik Asiyada yaşayan müxtəlif xalqların tarixi keçmişi ilə simvolizə olunan, ucu qabağa doğru əyilmiş konusşəkilli papaqdır. Müasir Avropada azadlıq və müstəqilliyə işarədir. Fransanın milli simvolunda da bu papağı görmək olar.

Paris-2024 brendinin direktoru Jüli Matixinin sözlərinə görə, Frigiya papaqlarının seçilməsində məqsəd idmanın hər şeyi dəyişdirə biləcəyini və onun cəmiyyətdə görkəmli yer tutmağa layiq olduğunu göstərməkdir.