Azərbaycanlının dizayn etdiyi avtomobil ABŞ-da təqdim edildi (FOTO/VİDEO)

Azərbaycanlının dizayn etdiyi avtomobil ABŞ-da təqdim edildi (FOTO/VİDEO)

"Bu gün həmyerlimiz Samir Sadıxovun dizayn etdiyi "Genesis X Convertible” avtomobili ABŞ-da, Los-Ancelesdə təqdim edilib”.

 Qaynarinfo xəbər verir ki, bu barədə jurnalist Tural Yusifov (DJ Tural) sosial şəbəkə hesabında paylaşım edib.

 O bildirib ki, əcnəbilərin avtomobilə marağı böyük olub:

 "Bu həqiqətən də böyük bir hadisədir. Əcnəbilər bizimkinin dizayn etdiyi avtomobili heyranlıqla seyr edir və Samirə öz təbriklərini çatdırırdılar. Həqiqətən avtomobil çox gözəl alınıb”.