Taekvondoçumuz Qvadalaxarada bürünc medala sahib oldu

Taekvondoçumuz Qvadalaxarada bürünc medala sahib oldu

Meksikanın Qvadalaxara şəhərində keçirilən taekvondo üzrə dünya çempionatı davam edir. Yarışların düördüncü günündə Azərbaycan idmançısı Cavad Ağayev (68 kq) bürünc medala sahib çıxıb. İlk olaraq təsnifat mərhələsində Tayland təmsilçisi Çayçon Çonu mübarizədən kənarlaşdıran taekvondoçumuz növbəti görüşdə polşalı Mateus Şesnovskidən üstün olub. 1/8 finalda özbəkistanlı Uluqbek Raşitova, 1/4 finalda isə iordaniyalı Zaid Mustafayevə qalib gəlib. 
Yarımfinalda cənubi koreyalı Do Yun Kvon ilə üz-üzə gələn Cavad Ağayev ilk raundda qələbə qazansa da, sonrakı iki raundda məğlub olaraq bürünc medala sahib çıxıb. 
Qadınların yarışında isə 49 kq çəki dərəcəsində mübarizə aparan Patimat Abakarova təsnifat mərhələsində yunanıstanlı Anastasia Kokosidən üstün olub. 
Rio-2016 Olimpiya Oyunlarının bürünc mükafatçısı növbəti – 1/16 final mərhələsində israilli Avişaq Semberqə uduzaraq mübarizəni dayandırıb.
Qeyd edək ki, mundialda ölkəmizin idman şərəfini 8 taekvondoçu qoruyur.