Çağırış Kuboku: “Murov”un rəqibi müəyyənləşdi

Çağırış Kuboku: “Murov”un rəqibi müəyyənləşdi

Voleybol üzrə Çağırış Kubokunda ölkəmizi təmsil edən “Murov” klubunun 1/8 final mərhələsindəki rəqibinin adına aydınlıq gəlib. Komandamız turnir çərçivəsində növbəti görüşünü Niderlandın “Orion” komandasına qarşı keçirəcək. Bu komandalar arasında 1/8 final mərhələsinin görüşlərinin dəqiq vaxtı yaxın günlərdə müəyyənləşəcək.