Çağırış kuboku: “Azərreyl” bu gün mübarizəyə başlayır

Çağırış kuboku: “Azərreyl” bu gün mübarizəyə başlayır

Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu bu gün Çağırış kuboku yarışında mübarizəyə başlayacaq. Komandamız 1/32 finalın ilk oyununda Slovakiyanın “Slaviya” komandası ilə qarşılaşacaq. Dərnəgül Voleybol Mərkəzində keçiriləcək qarşılaşma saat 18:00-da start götürəcək. Cavab görüşü noyabrın 30-da eyni arenada keçiriləcək.