Voleybolçularımız Gürcüstana yollanıb 

Voleybolçularımız Gürcüstana yollanıb 

17 yaşadək (U-17) oğlan voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Gürcüstana yola düşüb.
Dekabrın 2-6-da Gürcüstanın Qori şəhərində 17 yaşadək oğlan voleybolçular arasında keçiriləcək Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatında mübarizə aparacaq Cəlil Baxtiozinin rəhbərlik etdiyi yığmamız Gürcüstan, Latviya, Ukrayna, Estoniya və Polşa ilə birgə gücünü yoxlayacaq. 
Avro 2023-ə seçmə xarakteri daşıyan yarışın reqlamentinə əsasən, çempion Avropa çempionatının finalına vəsiqə əldə edəcək.

Oyun cədvəli

2 dekabr 15:00 Polşa – Azərbaycan
3 dekabr 20:00 Azərbaycan – Estoniya
4 dekabr 20:00 Latviya – Azərbaycan
5 dekabr 17:30 Azərbaycan - Gürcüstan
6 dekabr 17:30 Ukrayna – Azərbaycan