"Xarı Bülbül Şuşa" komandası yoldaşlıq oyununda qələbə qazandı

"Xarı Bülbül Şuşa" komandası yoldaşlıq oyununda qələbə qazandı

Kişi voleybolçulardan ibarət "Xarı Bülbül Şuşa" və "Murov" komandaları arasında yoxlama oyunu keçirilib. Qarşılaşma Şuşa təmsilçisinin 3:0 (30:28, 25:19 və 25:14) hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, "Xarı Bülbül Şuşa" komandası ilk dəfə bu yaxınlarda start götürəcək voleybol üzrə ölkə çempionatında mübarizə aparacaq.