Bu gün “Azərreyl” Çağırış kubokunda növbəti oyununu keçirəcək

Bu gün “Azərreyl” Çağırış kubokunda növbəti oyununu keçirəcək

Qadın voleybolçulardan ibarət "Azərreyl” voleybol klubu bu gün Çağırış kuboku yarışında növbəti oyununu keçirəcək. Komandamız 1/16 final mərhələsinin ilk matçında Almaniyada "Thüringen” klubu ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bu komandalar arasında cavab görüşü dekabrın 15-də eyni məkanda keçiriləcək. Tərəflər arasında əldə olunan qarşılıqlı razılaşmaya əsasən, oyunlar Almaniyada təşkil olunacaq.

Qeyd edək ki, "Azərreyl” 1/32 finalda Slovakiya təmsilçisi "Slaviya”nı mübarizədən kənarlaşdırıb.