"Azərreyl" Çağırış kubokunda Almaniya təmsilçisinə məğlub oldu

"Azərreyl" Çağırış kubokunda Almaniya təmsilçisinə məğlub oldu

Çağırış kubokunda mübarizə aparan qadın voleybolçulardan ibarət "Azərreyl" klubu Almaniyada növbəti oyununa çıxıb. Komandamız 1/16 final mərhələsinin ilk matçında Almaniyada "VfB SUHL Thüringen" klubu ilə qarşılaşıb. Oyun rəqib komandanın 3:1 (25:15, 23:25, 25:20, 25:16) hesablı qələbəsi ilə yekunlaşıb.

Bu koamndalar arasında cavab görüşü tərəflər arasında qarşılıqlı razılıq əsasında dekabrın 15-də eyni məkanda keçiriləcək.

Qeyd edək ki, “Azərreyl” 1/32 finalda Slovakiya təmsilçisi “Slaviya”nı mübarizədən kənarlaşdırmışdı.

 

Azər