Batut və tamblinq üzrə ölkə çempionatı keçiriləcək

Batut və tamblinq üzrə ölkə çempionatı keçiriləcək

Fevralın 24-də Milli Gimnastika Arenasında batut gimnastikası üzrə yeddinci, tamblinq üzrə 19-cu Azərbaycan birinciliyi və Bakı çempionatı keçiriləcək. Yarışlarda 94 idmançı (batut üzrə 62, tamblinq üzrə 32) mübarizə aparacaq. Yarışlarda "Ocaq Sport” klubu, Bakı Gimnastika Məktəbi, "Neftçi” idman klubu, 13 Nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbini təmsil edəcək idmançılar fərdi proqramda balacalar (2016-2017-ci illər), uşaqlar (2013-2015-ci illər), yeniyetmələr (2011-2012-ci illər), gənclər (2007-2010-cu illər) və böyüklər (2006-cı il və daha böyük) yaş kateqoriyaları üzrə çıxış edəcəklər.