Qazaxıstanın Atırau şəhərində sərbəst güləş üzrə yeniyetmələr (U-17) arasında beynəlxalq turnir keçirilib.Böyük məşqçi Əsgərxan Novruzovla məşqçi Vahid Məmmədovun rəhbərliyi altında yarışda iştirak edən U-17 millimizin5üzvü fəxri kürsüyə qalxıb.
Yusif Dursunov (110 kq) bütün rəqiblərinə qalib gələrək çempionadını qazanıb.Eltun Mamedov (45 kq) gümüş,Bəşir Verdiyev (51 kq), İsmayıl Rəhimli (71 kq) və Səid Paşayev (92 kq) isə bürüncmedala sahib çıxıb.Yığmamız komanda hesabında3-cü yeri tutub.