Bu gün daha bir cüdoçumuz dünya çempionatında mübarizəyə başlayır

Bu gün daha bir cüdoçumuz dünya çempionatında mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha bir cüdoçusu Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında mübarizəyə başlayacaq. Çempionatda 100 kiloqram çəki dərəcəsində yarışacaq Zelim Kotsoyev 1/16 final mərhələsində Aleksandar Kukolya (Serbiya) - Akobir Abubakri (Tacikistan) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan millisi hələ çempionatda medal hesabını aça bilməyib. Dünya çempionatı mayın 14-də başa çatacaq.