III Avropa Oyunları: atletimiz şəxsi rekordunu yenilədi

III Avropa Oyunları: atletimiz şəxsi rekordunu yenilədi

Polşada keçirilən III Avropa Oyunlarında atletika yarışlarının ikinci gününün ilk sessiyası davam edir. Üçüncü divizionda yer alan Azərbaycan yığmasının daha bir atleti qaçış zolağına çıxıb.

Kişilərin 1500 metr məsafəyə qaçışında Elman Abışov mübarizə aparıb. Məsafəni 4 dəqiqə 18,19 saniyəyə qət edən idmançımız şəxsi rekorduna imza atıb. O, bu nəticə ilə yarışı 11-ci yerdə başa vurub.

Qeyd edək ki, Krakov-2023 çərçivəsində atletika üzrə komandalararası Avropa çempionatı keçirilir. Yığmalar üç divizionda mübarizə aparır.