BOK-un "qara siyahısına" düşənlərin aqibəti

BOK-un "qara siyahısına" düşənlərin aqibəti

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya və Belarusa 2024-cü ildə Parisdə keçiriləcək Olimpiadaya dəvət göndərməyəcək.

Bu barədə BOK-un mətbuat xidməti məlumat yayıb.
Ümumilikdə qurum Milli Olimpiya Komitələrinə 203 dəvət göndərəcək.

“Analoji qərar Ukraynadakı münaqişə ilə əlaqədar BOK-un Rusiya və Belarus idmanına tətbiq etdiyi sanksiyalarla bağlı verilib. Həmçinin, BOK 2022-ci ilin sentyabrından dayandırılmış Qvatemala MOK-a Olimpiadaya dəvət göndərməyəcək”, - məlumatda qeyd olunub.

BOK Rusiya və Belarus idmançıları ilə bağlı yekun qərarın daha sonra veriləcəyini bildirib.