Gənclər və İdman Nazirliyinin növbəti Kollegiya iclası keçirilib

Gənclər və İdman Nazirliyinin növbəti Kollegiya iclası keçirilib

Gənclər və İdman Nazirliyinin növbəti Kollegiya iclası keçirilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunan Fəqan Səfərov, Ağahüseyn Hüseynov, Ramin Məmmədov, Emil Əmirmətov, Zaur Abbasov, Azər Kərimli, Ramiz Mahmudov, Əhliman İbrahimova müvafiq medallar və döş nişanları təqdim edilib.

Gənclər və idman naziri Fərid Qayıbov onları təbrik edib və fəaliyyətlərində uğurlar arzulayıb.

Fərid Qayıbovun sədrliyi ilə baş tutan Kollegiya iclasında 2023-2024-cü illər üçün Azərbaycan Respublikasının Vahid İdman Təsnifatı müzakirə edilərək qəbul olunub. Həmçinin futbol üzrə İxtisaslaşdırılmış Uşaq-Gənclər Olimpiya Ehtiyatı Məktəbinin Əsasnaməsi yeni redaksiyada təsdiqlənib.

İclasda həmçinin gənclər və idman sahəsində bir sıra layihələrin təqdimatı müzakirə edilərək müvafiq qərarlar qəbul olunub.