Dünya çempionatı: üç güləşçimiz qızıl medalın bir addımlığında
Olimpizm xəbərləri
21.09.2023, 23:07
Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə dünya çempionatı davam edir. Yarışın 6-cı günündə 4 çəkidə yunan-Roma güləşi üzrə mübarizəyə start verilib. Çempionata 1/8 finaldan qoşulan Eldəniz Əzizli (55 kq) yaponiyalı Tayqa Onişiyə 3:1 hesabıyla qalib gəldikdən sonra qazaxıstanlı Marlan Mukaşyov üzərində inamlı qələbə qazanıb - 6:0. Yarımfinalda ötən il Bakıda keçirilmiş Dünya Kubokunda məğlub etdiyi iranlı Puya Dad Marzla qarşılaşan millinin kapitanı rəqibini 3:2 hesabıyla üstələyərək 3-cü dəfə dünya çempionatının finalına yüksəlib. E.Əzizli həlledici görüşdə gürcüstanlı Nuqzari Tsurtsumiayla qarşılaşacaq.
Sənan Süleymanov (77 kq) ilk mərhələdə finlandiyalı Conni Sarkkinendən güclü olub - 5:1. Həmyerlimiz 1/16 finalda amerikalı Kamal Beyə tam üstünlüklə (8:0) qalib gəlib. S.Süleymanov daha sonra moldovalı Aleksandrin Qutuya gücünü göstərib - 3:1. Milli üzvü 1/4 finalda qazaxıstanlı Demeu Jadrayevi yolundan kənarlaşdırıb - 5:1. Sənan yarımfinalda ermənistanlı Malxas Amoyanla qarşılaşıb. Prinsipial görüşdə 5:0 hesablı inamlı qələbə əldə edən güləşçimiz dünya çempionatının finalına yüksəlməklə yanaşı, 77 kq-da ölkəmizə olimpiya lisenziyası qazandırıb. S.Süleymanov finalda Olimpiadanın gümüş medalçısı və son dünya çempionu Akjol Mahmudovla (Qırğızıstan) güləşəcək. Rafiq Hüseynov (82 kq) da mübarizəyə 1/8 finaldan start verib və macarıstanlı Erik Şilvassiyə minimal fərqlə (4:3) qalib gəlib. Təcrübəli pəhləvanımız 1/4 finalda əsl xarakter nümayiş etdirib. Rusiyalı Aues Qonibovla görüşdə 0:5 hesabıyla geridə olsa da, ikinci hissədə inanılmaz geridönüş edən titullu güləşçimiz 10:5 hesablı qələbəyə sevinib. Yarımfinalda türkiyəli dünya və Avropa çempionu Burhan Akbudakla görüş gərgin mübarizə şəraitində keçib. Hüseynov fasiləyə 0:5 hesabıyla geridə yollanıb. Ancaq növbəti dəfə əzmkar güləşçi olduğunu isbatlayıb. Hesabı bərabərləşdirən (5:5) Rafiq sonuncu xal prinsipinə əsasən 3-cü dəfə dünya çempionatının finalına adını yazdırıb. Güləşçimizin finaldakı rəqibi iranlı Əlirza Mohmadipiani olacaq. Beka Kandelaki (130 kq) təsnifat mərhələsində gürcüstanlı Yakobi Kajayaya sonuncu xal prinsipinə əsasən (1:1) məğlub olub. Bu çəkilərdə medal görüşləri sabah axşam seansında keçiriləcək.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Xüsusi Olimpiya Komitəsində məşqçilərlə görüş olub
23.09.2026, 15:41 Olimpiya dünyası
-
Futbola həsr olunan ömür
23.09.2026, 15:23 Olimpiya dünyası
-
Azərbaycan Qran-Prisi ərzində azarkeşlər üçün əyləncə proqramı hazırlanıb
23.09.2026, 13:33 Formula 1
-
"Neftçi" Avropa Kubokunda mübarizəyə başlayır
23.09.2026, 11:33 Basketbol
-
Şahmat millilərimiz bu gün olimpiadada növbəti görüşlərini keçirəcəklər
23.09.2026, 11:05 Şahmat
-
Millimiz Bakıda Tacikistan yığması ilə qarşılaşacaq
23.09.2026, 10:48 Futbol
-
Daha üç boksçumuz Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb
23.09.2026, 10:32 Boks
-
"Mingəçevir Reqatası" növbəti dəfə Köndələn su anbarında start götürəcək
23.09.2026, 10:09 Gündəm
-
Cüdoçularımız Sarayevoda beynəlxalq turnirdə iştirak edəcəklər
22.09.2026, 22:02 Cüdo
-
Veteran cüdoçularımızdan dünya çempionatında daha iki qızıl medal
22.09.2026, 21:42 Cüdo
-
MOK-da Yunanıstanın Azərbaycandakı səfiri ilə görüş olub
22.09.2026, 16:00 MOK
-
71 yaşılı dünya çempionu: “Əsas məqsədimə çatdim”
22.09.2026, 15:23 Müsahibə
-
Cüdoçularımız kata üzrə dünya çempionatında iştirak edəcəklər
22.09.2026, 13:18 Cüdo
-
Azərbaycan - Çexiya matçına hakim təyinatları açıqlanıb
22.09.2026, 13:04 Futbol
-
AŞF rəsmisi Ümumdünya Şahmat Olimpiadasında seans keçirib
22.09.2026, 12:43 Şahmat
-
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan millilərinin növbəti rəqibləri müəyyənləşib
22.09.2026, 10:34 Şahmat
-
İki boksçumuz Avropa çempionatında növbəti mərhələyə vəsiqə qazandı
22.09.2026, 10:17 Boks
-
Üç cüdoçumuz veteranlar arasında dünya çempionatında medal qazanıb
22.09.2026, 00:19 Cüdo
-
Cəlilabadda sərbəst güləş turniri keçirilib
21.09.2026, 19:42 Güləş
-
“20 Sentyabr - Dövlət Suverenliyi Günü” münasibətilə mini futbol turniri keçirilib
21.09.2026, 17:35 Futbol
-
Azərbaycanın çimərlik voleybolçuları U-18 Avropa çempionatında iştirak ediblər
21.09.2026, 17:16 Voleybol
-
Uşaqlar arasında əyləncəli idman yarışı keçirilib
21.09.2026, 15:37 Olimpiya dünyası
-
“İdman hamı üçün” devizi altında kütləvi açıq idman tədbiri keçirilib
21.09.2026, 13:44 Olimpiya dünyası
-
Yardımlıda “20 Sentyabr - Dövlət Suverenliyi Günü”nə həsr olunmuş turnir keçirilib
21.09.2026, 12:29 Atletika
-
“20 Sentyabr – Dövlət Suverenliyi Günü” münasibətilə həndbol yarışı keçirilib
21.09.2026, 12:02 Olimpiya dünyası
-
Ədalət təmsilçimiz dünya çempionatına təyinat alıb
21.09.2026, 11:52 Cüdo
-
Üç boksçumuz Avropa çempionatının 1/4 finalında
21.09.2026, 11:17 Boks
-
Azərbaycan çempionatı başa çatıb
21.09.2026, 10:33 Su idman növləri
-
Atletimiz dünya çempionatında iştirak edib
21.09.2026, 10:12 Atletika
-
Cüdoçumuz veteranlar arasında dünya çempionu olub
20.09.2026, 22:25 Cüdo
-
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb
20.09.2026, 10:36 Gündəm
-
Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür
20.09.2026, 09:00 Gündəm
-
AFFA və Pakistan Futbol Federasiyası arasında əməkdaşlıq məsələləri müzakirə edilib
18.09.2026, 15:40 Futbol
-
Güləşçilərimiz dünya çempionatına Göygöldə hazırlaşacaqlar
18.09.2026, 15:20 Güləş