Respublika Olimpiya Mərkəzində Beynəlxalq “Olimpiya Günü” tədbiri keçiriləcək

Respublika Olimpiya Mərkəzində Beynəlxalq “Olimpiya Günü” tədbiri keçiriləcək

Oktyabrın 26-da Respublika Olimpiya Mərkəzində Milli Olimpiya Komitəsinin (MOK) təşkilatçılığı ilə Beynəlxalq “Olimpiya Günü”nə həsr edilmiş tədbir keçiriləcək.

Rəsmi çıxışlardan sonra paytaxtın 10 məktəbindən 200-dən artıq şagird və fiziki tərbiyə müəlliminin iştirakı ilə atletika idman növü üzrə yarışlar keçiriləcək. Tədbirdə eyni zamanda dünya, Avropa çempionatlarının və AYOF-un qalib və mükafatçıları olan gənc cüdoçular məktəblilərlə birlikdə kəndirdartma və şən startlar yarışında iştirak edəcəklər. Yarışın qalibləri kubok, diplom, medal və hədiyyələrlə mükafatlandırılacaqlar.

Qeyd edək ki, Beynəlxalq və Avropa Olimpiya Komitələrinin təşkil etdiyi layihələrdə fəal şəkildə iştirak edən Azərbaycan Milli Olimpiya Komitəsi 1996-cı ildən bu tədbiri həyata keçirir. Tədbirin əsas məqsədi Olimpiya Hərəkatına dəstək, gənc nəsil arasında olimpizmin təbliği, olimpiyaçıları tanıtmaq və Olimpiya dəyərlərini təşviq etməkdən ibarətdir.