Bu gün ictimai-siyasi və idman xadimi, professor Ağacan Abıyevin 86 yaşı tamam olur
BOK
24.11.2023, 16:03
Noyabrın 24-də Azərbaycanın dəyərli ziyalısı, ictimai-siyasi və idman xadimi, professor Ağacan Abıyevin 86 yaşı tamam olur.
Ağacan Qulam oğlu Abiyev 1937-ci il noyabrın 24-də Bakının Bülbülə qəsəbəsində anadan olub.
Ağacan Abıyevin adı ölkəmizin boks tarixinə qızıl hərflərlə yazılıb və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (1987-2015) ən uzun ömürlü rektoru kimi (28 il) tarixə düşüb.
2005, 2010 və 2015-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmiş, parlamentin elm və təhsil komitəsinin üzvü, intizam komissiyasının sədri vəzifəsində çalışmışdır. 1987-ci ildən Azərbaycan Boks Federasiyasının prezidenti və daha sonra I vitse-prezidenti olan Ağacan Abıyev həmçinin Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) baş katibi (1992-2021), Olimpiya Akademiyasının prezidenti, Avropa Beynəlxalq Boks Federasiyasının (AİBA) vitse-prezidenti, Dünya Boks Federasiyasının İcraiyyə Komitəsinin üzvü olub. O, SSRİ-nin fəxri idman ustası, Əməkdar məşqçi, beynəlxalq dərəcəli hakimdir. Azərbaycan prezidentinin Sərəncamları ilə “Şöhrət" və "Şərəf" ordenlərilə təltif edilib, “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.
Elm sahəsində də Ağacan müəllimin böyük xidmətləri olub. O, 100-dən çox elmi məqalənin, monoqrafiyanın, tədris vəsaitlərinin, ixtiraların müəllifi, elektron hakimlik sisteminin ilk yaradıcılarındandır. İdman sahəsində qazandığı uğurlarla dünyanın bir çox ölkələrində tanınan Ağacan Abıyev Azərbaycanda İdmanın və Olimpiya Hərəkatının kütləviləşməsində və inkişafında mühüm rol oynayıb.
“Olimpiya dünyası” qəzeti olaraq Ağacan müəllimlə əlaqə saxlayıb, doğum günü ilə əlaqədar təəssüratlarını öyrəndik.
«Çox sağ olun ki, belə bir gündə mənimlə əlaqə saxlayıb, ad günümü təbrik etdiniz. Özümü çox xoşbəxt hiss edirəm. Gün ərzində idman ictimaiyyətinin nümayəndələri, keçmiş iş yoldaşlarım, idmançılardan təbrik zəngləri qəbul etmişəm. Bu illər ərzində əldə etdiyim nailiyyətlər, qazandığım uğurlar və sadiq dostlarımın diqqəti mənə yaşamaq həvəsi verir. İstəyirəm növbəti yubileyimə qədər də Azərbaycan idmanında daha böyük nailiyyətlər qazanılsın. Qarşıdakı olimpiadada idmançılarımızdan, xüsusilə də boksçularımızdan böyük nailiyyətlər gözləyirəm. Mən Azərbaycan idmançılarının bu illərdə neçə-neçə parlaq qələbəsini və Olimpiya Oyunlarında qazanılan uğurlarını gördüyüm üçün daha böyük uğurların qazanılacağına əminəm. Hesab edirəm ki, onlar bəsələnilən ümidləri layiqincə doğruldacaqlar. Bir daha Milli Olimpiya Komitəsinə, redaksiyanızın kollektivinə öz minnətdarlığımı bildirirəm», - deyə Ağacan Abıyev bildirdi.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Azərbaycan Basketbol Liqasında yeni mövsümün açılış oyununun tarixi müəyyənləşib
17.09.2026, 16:25 Basketbol
-
Azərbaycan Kubokunun final matçı ilk dəfə Gəncə şəhər stadionunda keçiriləcək
17.09.2026, 15:17 Futbol
-
Azərbaycan milliləri bu gün Ümumdünya Şahmat Olimpiadasında Filippin və Danimarka ilə qarşılaşacaqlar
17.09.2026, 10:11 Şahmat
-
UEFA Avropa Liqasında əsas mərhələnin ilk oyunları keçirilib
17.09.2026, 01:29 Futbol
-
"Gəncə Open-2026" Beynəlxalq Şahmat Festivalının mükafat fondu açıqlanıb
16.09.2026, 16:27 Şahmat
-
Şahin Mustafayev yenidən Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
16.09.2026, 16:22 Tennis
-
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
16.09.2026, 14:07 Gimnastika
-
2027-ci ildə keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran-prisinin tarixi açıqlanıb
16.09.2026, 13:20 Formula 1
-
Şahmat komandalarımız 46-cı Ümumdünya Şahmat Olimpiadasında mübarizəyə başlayır
16.09.2026, 11:52 Şahmat
-
Stolüstü tennisçilərimiz Belçikanın açıq çempionatında çıxış edəcəklər
16.09.2026, 11:36 Tennis
-
Sahildən balıqtutma üzrə Azərbaycan çempionatı keçiriləcək
16.09.2026, 10:04 Su idman növləri
-
Azərbaycan İdman Akademiyasına yeni qəbul olunmuş tələbələrlə görüş olub
15.09.2026, 20:06 Olimpiya dünyası
-
Çoxgünlük ötüşmələr üzrə Azərbaycan çempionatı yekunlaşdı
15.09.2026, 12:25 Velosiped
-
“Sabah” mövsümə rekordla başladı
15.09.2026, 11:28 Futbol
-
"Araz-Naxçıvan"dan Azərbaycan çempionatlarının yüksək dəstəsində 150-ci qol
15.09.2026, 10:55 Futbol
-
Azərbaycan cüdoçuları Olimpiya Təlim Düşərgəsinə qatılıblar
15.09.2026, 00:09 Cüdo
-
Azərbaycan idmançıları dünya çempionatında 3 bürünc medal qazanıblar
14.09.2026, 23:25 Boks
-
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatına yekun vurulub
14.09.2026, 22:12 Su idman növləri
-
Boksçularımız Avropa çempionatında iştirak edəcəklər
14.09.2026, 16:10 Boks
-
Basketbol məşqçiləri üçün seminar və imtahanlar keçirilib
14.09.2026, 15:23 Basketbol
-
Pauerliftinq və benç-press üzrə Azərbaycan Kuboku keçirilib
14.09.2026, 14:01 Olimpiya dünyası
-
Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
14.09.2026, 13:09 Su idman növləri
-
“Elite polo club” çempion oldu
14.09.2026, 12:58 Olimpiya dünyası
-
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatında ikinci yarış günü başa çatıb
14.09.2026, 12:51 Su idman növləri
-
Azərbaycan komandası FIBA Çempionlar Liqasında mübarizəyə başlayır
14.09.2026, 11:10 Basketbol
-
Milli komandalarımız Çində beynəlxalq təlim-məşq toplanışda iştirak edib, ardınca yarışda mübarizə aparacaqlar
14.09.2026, 10:34 Olimpizm xəbərləri
-
Azərbaycan cüdoçuları lisenziya xarakterli yarışda 3 medal qazandılar
14.09.2026, 10:00 Cüdo
-
İslam Həmrəyliyi İdman Assosiasiyasının Baş Katibliyinin üzvü vəfat edib
13.09.2026, 22:41 Olimpizm xəbərləri
-
Azərbaycan nümayəndə heyəti ISSA-nın 15-ci Baş Assambleyasında iştirak edib
12.09.2026, 21:00 MOK
-
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə yüksək fəaliyyətinə görə Təşəkkürnamə ilə təltif olunub
12.09.2026, 19:25 MOK
-
İdman Qazaxda birləşir: Təcrübədən gələcəyə körpü
11.09.2026, 18:29 Olimpiya dünyası
-
Yunan-Roma güləşçilərimiz toplanışa başlayırlar
11.09.2026, 18:10 Güləş
-
Azərbaycan Atletika Federasiyasında hakimlərlə görüş keçirilib
11.09.2026, 17:02 Atletika
-
Türkiyə yelkənçiləri Bakıda
10.09.2026, 15:07 Su idman növləri