Mark Ferstappen mövsümün son yarışında da birinci oldu

Mark Ferstappen mövsümün son yarışında da birinci oldu

Formula 1 üzrə dünya çempionatında 2023-cü il mövsümünün son Qran-prisi Əbu-Dabidə təşkil olunub. Bununla da mövsümə yekun vurulub. Mövsümün son yarışı “Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappenin qələbəsi ilə əlamətdar olub. 23-cü mərhələnin qalibi olan üçqat dünya çempionu bununla da mövsüm ərzində 19-cu, ümumilikdə isə 54-cü qələbəsini qazanıb. İkinci yeri “Ferrari” komandasının üzvü Şarl Lekler tutub. “Mercedes”in sürücüsü Corc Rassell isə üçüncü olub.

Beləliklə, Maks Ferstappen 575 xalla pilotların, “Red Bull” isə 860 xalla komandaların yarışında mövsümün qalibi olub.