Masallıda şəhərində yerləşən Nizami Gəncəvi adına parkda “İdman hamı üçün” layihəsi çərçivəsində açıq hava şəraitində kütləvi idman tədbiri keçirilib. Tədbir Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə baş tutub. Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin
nəzdində fəaliyyət göstərən Masallı Uşaq Gənclər İdman Məktəbinin və Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Uşaq-Gənclər İdman Şahmat Məktəbinin müəllimlərinin rəhbərliyi altında voleybol, futbol və sərbəst güləş idman növləri üzrə nümunəvi
çıxışlar göstərilib. Böyük maraqla qarşılanan çıxışlara 60 nəfər idmançı olmaqla xeyli şəhər sakin də qoşulub.
Tədbirin təşkilində əsas məqsəd uşaq, yeniyetmə və gənclərin diqqətini idmana yönəltmək, rayonda idmanın kütləviliyini artırmaq, sağlam həyat tərzinə çağırış, eləcə asudə vaxtın səmərəli keçirilməsindən ibarət olub.