“Mercedes”in baş məşqçisi Toto Volf komandanın 2024-cü ildəki bolidi haqqında danışıb. Volfun sözlərinə görə, o, hələlik heç bir rəqibində bu avtomobilin bəzi elementlərini görməyib.
“Gələn il avtomobilimiz böyük səs-küy salacaq. Bizim bolid əla bir xüsusiyyətlərə malikdir. Onun daxilində başqa avtomobillərdə hələ görmədiyimiz bir neçə maraqlı detal var”, – deyə o, “FormulaNerds”ə bildirib.
Xatırladaq ki, 2023-cü il Formula 1 mövsümündə Mühəndislər çempionatında qələbəni 860 xal toplayan Avstriyanın “Red Bull” yarış komandası qazanıb. “Mercedes” 409 xalla ikinci olub. İlk üçlüyü İtaliyanın “Ferrari” komandası tamamlayıb. Dördüncü olan “Skuderiya”nın 406 xalı var.