UFC prezidenti gözlənilən döyüşdən danışıb

UFC prezidenti gözlənilən döyüşdən danışıb

UFC prezidenti Dana Uayt Con Cons və Stipe Mioçiç arasında döyüşlə bağlı fikirlərini bildirib. Uayt bildirib ki, amerikalı döyüşçülər arasında qarşılaşma nəhayət ki, baş verməlidir. “Bu oğlanların hər ikisi buna layiqdir. Con bütün zamanların ən böyük qarışıq döyüşçülərdən biridir. Stipe isə bütün zamanların ən böyük ağır çəkili idmançısıdır. Onlar bir-biri ilə döyüşmək istəyir və bu mütləq baş verəcək”, – “Forbes” Uaytdan sitat gətirib.

Xatırladaq ki, bu ilin oktyabr ayının sonunda Cons məşq zamanı ciddi zədə alıb. Onun bərpasının ən azı səkkiz aya qədər çəkə biləcəyi bildirilir. Conun aktivində 29 döyüşü var. O, bu döyüşlərdə 27 qələbə qazanıb (10). Cons cəmi bir məğlubiyyətlə üzləşib və iştirak etdiyi bir döyüş etibarsız sayılıb.