Las Veqasda yeni klub yaradacaq

Las Veqasda yeni klub yaradacaq

“Los Anceles Leykers”in Lebron Ceyms yaxın gələcəkdə Las Veqasda yeni komandanın sahibi olmaq istəyir. Bu barədə ESPN-nin jurnalisti, insayder Adrian Wojnarowski xəbər yayıb.
“Lebron Ceyms Las Veqasda komanda yaratmaq üçün məsləhətçilərla görüşür. O bu məsələdə çox israrlıdır”, - deyə Wojnarowski bildirib.
Xatırladaq ki, “Leykers” final matçında “İndiana Peysers”ə 123:109 hesabı ilə qalib gələrək, yeni turnirin ilk çempionu olub. Bu oyunda Lebron Ceyms 24 xal, 11 ribaund və 4 məhsuldar ötürmə ilə yadda qalıb. O, matçda ən məhsuldar üç oyunçudan biri olub.