“Alpha Tauri” yeni sponsor tapıb

“Alpha Tauri” yeni sponsor tapıb

Formula 1 komandası “Alpha Tauri” ödəniş əməliyyatları xidmətləri göstərən Amerikanın “Visa” şirkəti ilə titul sponsorluğu müqaviləsi bağlayıb. Bu barədə “Auto Motor und Sport” nəşri məlumat yayıb. Daha əvvəl “Alpha Tauri”nin “Cash App” və “Tudor Watches” ilə əməkdaşlıq edəcəyi də xəbər manşetlərinə çevrilmişdi.

Xatırladaq ki, Formula 1 mövsümünün yekununda “Alfa Tauri” Mühəndislər çempionatinda 25 xal toplayaraq, səkkizinci yeri tutub.