Azərbaycan idmançıları Paris-2024-ə il ərzində 9 lisenziya qazanıblar  

Azərbaycan idmançıları Paris-2024-ə il ərzində 9 lisenziya qazanıblar  

 

Azərbaycan idmançıları 2024-cü ildə Parisdə keçiriləcək XXXIII Yay Olimpiya Oyunlarına il ərzində 9 lisenziya qazanıblar. Bu barədə Gənclər və idman Nazirliyindən məlumat verilib. Güllə atıcılığında Ruslan Lunev, boksda Murad Allahverdiyev və Məhəmməd Abdullayev, atletikada Anna Skidan, bədii gimnastikada Zöhrə Ağamirova, sərbəst güləşdə Maqomedxan Maqomedov, yunan-Roma güləşində Həsrət Cəfərov və Sənan Süleymanov, taekvondoda isə Qaşım Maqomedov Paris-2024-ə lisenziyanı təmin ediblər. Paralimpiyaçılarımız isə hələlik 6 lisenziya qazanıblar.