Qanqvon-2024: rusiyalı və belaruslu idmançılara icazə verilmədi

Qanqvon-2024: rusiyalı və belaruslu idmançılara icazə verilmədi

Yanvarın 19-dan fevralın 1-dək Cənubi Koreyanın Qanqvon əyalətində Yeniyetmələrin Qış Olimpiya Oyunları keçiriləcək. Həmin yarışda rusiyalı və belaruslu idmançıların iştirakına icazə verilməyib.

BOK-dan verilən məlumata görə bu ölkələri təmsil edən idmançılar həm fərdi, həm də neytral olaraq olimpiadada iştirak edə bilməzlər. Məlumatda bildirilir ki, Qanqvon-2024-ə vəsiqələrin hamısı 2023-cü ilin dekabrında öz sahiblərini tapıb.

Məlumat üçün bildirək ki, budəfəki olimpiadada idmançılar 81 dəst medal uğrunda mübarizə aparacaqlar. Proqrama hokkey, fiqurlu konkisürmə, xizəksürmə, biatlon, sürətli konkisürmə, körlinq, sərbəst xizəksürmə, bobsley, skeleton, kirşəsürmə, snoubord, xizəkdən tullanma, xizək ikinövçülüyü və şort-trek daxildir.