"Bizə Formula 1 lazım deyil"

"Bizə Formula 1 lazım deyil"

Formula 1 üzrə Las-Veqas Qran Prisinə görə milyonlarla dollar gəlir itirdiklərini deyən bir neçə müəssisə hökumətdən maliyyə təzminatı tələb edir. “Bizə Formula 1 lazım deyil. Biz Formula 1-dən sonra ölkəmizə və bizə dəyən itkilərə görə kompensasiya istəyirik. Gəldilər, hər şeyi dağıtdılar, yarış keçirib getdilə. - Jays Marketin sahibi Uade Bonn «PlanetF1»ə bildirib.

“Biz bir cəmiyyət olaraq aldanmışıq Əvvəllər belə hal baş verməyib. İlk dəfədir ki, Las Veqas Formula 1 kimi kənar təşkilat tərəfindən aldanır. Heç birimiz Las Veqası məhv etmək istəmirik. Biz dava istəmirik. Mənfini müsbətə çevirmək istəyirik” - deyə «Battistas Restaurant» sahibi və «Stage Door Casino»nun baş meneceri Rendi Markin qeyd edib.

İlçe komissiyasının sədri Tik Seqerblom sahibkarların "hüquqi əsaslarının" olduğunu etiraf etdi, lakin iddialarla bağlı qərar verəcək struktur hələ müəyyən edilməyib.

“Əlbəttə ki, gələcəkdə bu məsələyə baxacağıq. Formula 1-i (2024-cü il üçün) təsdiq etməzdən əvvəl biz keçmişdə zərər çəkmiş və gələcəkdə zərər çəkə biləcək bizneslə bağlı məsələləri nəzərdən keçirəcəyik”.

"Bizə Formula 1 lazım deyil"