Hemilton: “Bir az fasilə istəyirəm”

Hemilton: “Bir az fasilə istəyirəm”

“Mercedes” komandasının pilotu Lyuis Hemilton Formula 1-i tərk edəcəyi ilə bağlı fikirlərə aydınlıq gətirib. “Səkkizinci titul mənim üçün son nöqtə olacaq. Belə bir söz deməmişəm. Qarşıda hələ uzun bir yol var. Pilot olmayacağımı, pitsdə olmayacağımı təsəvvür edə bilmirəm. Bir az fasilə istəyirəm. Sakit başla qərar verəcəm. Bir vaxtlar Fernando Alonso və Mixael Şumaxer də gedib qayıtmışdı”, - deyə Formula 1 Hemiltondan sitat gətirib.