Paris şəhərinin meri Ann Hidalqo bildirib ki, Paris ictimai nəqliyyat sistemi qarşıdan gələn Yay Olimpiya Oyunları zamanı bütün qonaqları qəbul etməyə hələ hazır deyil. “Şübhəsiz ki, təkmilləşdirməyə ehtiyacı olan şeylər var. İnsanlara yalan danışmağın mənası yoxdur. Hər gün ictimai nəqliyyatda problem yaşayırlar. Olimpiya Oyunları zamanı şəhərdə hərəkət etmək mümkün olacaqmı? Bəli. Bununla belə, ictimai nəqliyyatla bağlı hələ də kifayət qədər problemlərimiz var, işimizi davam etdirməliyik, çünki biz hələ tam hazır deyilik, - mer “Kanal 2”yə bildirib.
Xatırladaq ki, Paris Olimpiadası bu il iyulun 26-dan avqustun 11-dək keçiriləcək.