"Qran Pri yarışları mükəmməl təşkil olunmalıdır"

"Qran Pri yarışları mükəmməl təşkil olunmalıdır"

Formula 1 komandası "Jordan"nın keçmiş sahibi Eddi Cordan yarışlarda baş verən problemlərdən danışıb. “Mənim üçün Qran Pri yarışları əvvəldən sona kimi mükəmməl təşkil olunmalıdır. Yanacağa qənaət etmək və ya təkərlərin aşınmasını idarə etmək barədə heç bir maneə olmamalıdır. Bəli, əlbəttə ki, təkərlərə qulluq etmək bacarığı həmişə rol oynayır. Amma mən hesab edirəm ki, Formula 1 indi öz inkişafında irəliləməyə başlayır”, - deyə Eddi Cordan Formula For Success hesabında deyib.