"Steak" iki pilotu ilə yollarını ayırır?

"Steak" iki pilotu ilə yollarını ayırır?

Formula 1 yarışlarının iştirakçısı "Steak" 2025-ci ildə hazırkı pilotları Valtteri Bottas və Quanyu Çjou ilə əməkdaşlığını dayandırmaq istəyir. “Blick” xəbər verir ki, komanda “Ferrari”nin hazırkı sürücüsü, ispaniyalı Karlos Saynsı heyətdə görməyi planlaşdırır.

Xatırladaq ki, ötən mövsüm “Alfa Romeo” (indiki Steak) mühəndislər çempionatında 9-cu yeri tutub. Bottas 10 xalla sürücülər sıralamasında 15-ci yerdə qərarlaşıb. Çjou 6 xalla 18-ci olub.